AZ

Marqarita Simonyanın əri Tiqran Keosayan ölüb

Tİqran Keosayan doqquz ay komada qaldıqdan sonra ölüb. 59 yaşlı rejissor və televiziya aparıcısı yanvar ayında klinik ölüm keçirmiş və o vaxtdan bəri özünə gəlməyib.

Keosayanın həyat yoldaşı, RT telekanalının rəhbəri Marqarita Simonyan ərinin ölümünü Teleqram kanalında təsdiq edib.

Marqarita Simonyan onun səhhəti barədə mütəmadi olaraq məlumat verirdi. Keosayan 2024-cü ilin dekabrında yenidən xəstəxanaya yerləşdirilib. Rejissor əvvəllər iki dəfə infarkt keçirib: 2008 və 2010-cu illərdə. Onun komaya düşməsinə məhz ürək problemləri səbəb olub.

Qeyd edək ki, anti-Azərbaycan çıxışları ilə yadda qalan Marqarita Simonyanın özü də xərçəng xəstəliyindən əziyyət çəkir. O bu yaxınlarda süd vəzisindən əməliyyat olunub.

Seçilən
9
veteninfo.az

1Mənbələr