AZ

Təqaüdçülərin pulunu ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Azpolitika.az saytına istinadən ain.az xəbər verir.

Lənkəranda ondan kömək istəyən təqaüdçülərin pulunu ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbaut Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə 23 yaşlı Kənan Əlizadə saxlanılıb.

Araşdırmalarla K.Əlizadənin kartdakı pulu nağdlaşdırmaq və terminal vasitəsilə pul göndərmək üçün kömək istəyən ümumilikdə 4 nəfərin kartındakı 1977 manat vəsaiti taladığı müəyyən edilib.

Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
7
azpolitika.info

8Mənbələr