AZ

İşəgötürənlər təkcə bilikli yox, həm də təcrübəli gənclərlə çalışmaq istəyirlər Ekspert rəyi

525.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Bu gün ölkədə universitet məzunlarının xeyli hissəsi təhsil aldıqları ixtisas üzrə işləmirlər. 4 il əziyyət çəkib yiyələndikləri ixtisas üzrə onları işə götürmürlər. Səbəb təcrübə çatışmazlığıdır”.

Bunu təhsil eksperti Kamran Əsədov 525.az-a söyləyib.

O bildirib ki, universitet bitirən gənclərin əsas problemi praktiki bacarıqların zəifliyidir. Bu gün işəgötürənlər təkcə bilikli deyil, təcrübəli, bacarıqlı gənclərlə çalışmaq istəyirlər:

“Universiteti bitirdikdən sonra işsiz qalmamaq üçün gənclər ali təhsil aldıqları dövrdə müvafiq təcrübə proqramlarında iştirak etməlidirlər. Bu fəaliyyət təcrübə sayılır. Eyni zananda könüllülük fəaliyyəti ilə də məşğul olmalıdırlar. Bu onların gələcəkdə işlə təmin olunması baxımında çox vacibdir”. 

Sevinc Qarayeva

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
525.az

1Mənbələr