AZ

Təqaüdçülərin pulunu ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Lənkəranda ondan kömək istəyən təqaüdçülərin pulunu ələ keçirməkdə şübhəli bilinən 23 yaşlı Kənan Əlizadə saxlanılıb.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin Mətbaut Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Məlumata görə, araşdırmalarla müəyyən edilib ki, K.Əlizadə kartdakı pulu nağdlaşdırmaq və terminal vasitəsilə pul göndərmək üçün kömək istəyən 4 nəfərin 1977 manat vəsaitini talayıb.

Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Seçilən
12
7
bakivaxti.az

8Mənbələr