AZ

General Şəfahət İmranovdan sərt açıqlama - "Siz kimsiniz ki, mənə zəng etmisiniz?"

Azərbaycana yeni hərbi prokuror təyin edildikdən sonra bu qurumda çalışmış yüksək vəzifəli şəxslər yola salınır və ya yeni təyinatlar həyata keçirilir. Bir neçə gündür, Hərbi Prokurorun birinci müavini, general-mayor Şəfahət İmranovun vəzifəsindən azad olunacağı ilə bağlı xəbərlər yayılıb.


Yenilik.az xəbər verir ki, Manset.az Hərbi Prokurorun birinci müavini, general-mayor Şəfahət İmranovla əlaqə saxlayıb. Ş.İmranov ona ünvanlanan suallara cavab vermək əvəzinə, sərt ifadələr işlədib:

"Siz kimsiniz ki, məni yığmısınız? Vəzifəyə nə vaxt təyin olunub, nə vaxt azad olunacağımla bağlı mənə ağıl öyrətməyin. Nə deyə bilərəm, nə deyə bilmərəm özüm bilərəm. İşinizlə məşğul olun" - deyə general bildirib.

Manşet.az Şəfahət İmranovun diqqətinə çatdırmağı özünə borc bilir.

Biz, xəbər portalı olaraq, Azərbaycan Respublikasında KİV qanunlarını rəhbər tutaraq fəaliyyət göstəririk. Görünən odur ki, general rütbəsi daşıyan və Hərbi Prokurorun birinci müavini kimi ciddi, məsuliyyətli vəzifə sahibi olan Şəfahət İmranov öz vəzifələrini bilmir. Biz jurnalist olaraq öz vəzifəmizi yerinə yetiririk. Yayılan xəbərlə bağlı Ş. İmranova ünvanladığımız suala Manşet.az saytının baş redaktoruna sərt reaksiyası bizdə böyük təəssüf hissi doğurur.

General Şəfahət İmranovdan Azərbaycanın media haqqında qanunlarına nəzər yetirməsini və bu qanunlara hörmətlə yanaşmasını xahiş edirik.

Seçilən
19
7
yenilik.az

8Mənbələr