AZ

“ZirvədəSən” təcrübə proqramımız uğurla başa çatdı!

58 proqram iştirakçısı 3 ay müddətində peşəkar mentor dəstəyi almış, müxtəlif təlim sessiyalarında iştirak edərək bilik və bacarıqlarını artırmışdır.

Bu il proqramımızda yeni bir təşəbbüs həyata keçirildi belə ki ötən ilin təcrübə proqramı iştirakçıları “buddy” kimi fəaliyyət göstərərək yeni iştirakçılara 3 ay boyunca dəstək oldular. Bu həm də proqramımızın əməkdaşlıq və birgə inkişaf dəyərinin güclü nümunəsidir.

Bağlanış mərasimində istedadların cəlb olunması və işə qəbul şöbəsinin rəhbəri Fidan Hüseynova proqram barədə ətraflı məlumat təqdim etdi. Daha sonra İdarə Heyətinin sədrinin müavini/İdarə Heyətinin üzvü Bəhruz Nağıyev və İnsan Resursları üzrə baş direktor Zibeyda Hacıyeva çıxış edərək proqramın uğuru və davamlılığı barədə öz dəyərli fikirlərini təcrübəçilərlə paylaşdılar.

Tədbirin sonunda sertifikatlar təqdim olundu.

Qürurla bildiririk ki, proqramı uğurla başa vuran 21 iştirakçımız artıq “PAŞA Bank” ailəsinin üzvüdür.”

 

 

Seçilən
25
5
banker.az

6Mənbələr