AZ

"ZirvədəSən" təcrübə proqramımız başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub

“PAŞA Bank”ın "ZirvədəSən" təcrübə proqramımız uğurla başa çatıb.

 

58 proqram iştirakçısı 3 ay müddətində peşəkar mentor dəstəyi almış, müxtəlif təlim sessiyalarında iştirak edərək bilik və bacarıqlarını artırıblar.

 

Bu il proqramda yeni bir təşəbbüs həyata keçirilib. Belə ki ötən ilin təcrübə proqramı iştirakçıları “buddy” kimi fəaliyyət göstərərək yeni iştirakçılara 3 ay boyunca dəstək olublar. 

 

Bağlanış mərasimində istedadların cəlb olunması və işə qəbul şöbəsinin rəhbəri Fidan Hüseynova proqram barədə ətraflı məlumat təqdim edib. Daha sonra İdarə Heyətinin sədrinin müavini/İdarə Heyətinin üzvü Bəhruz Nağıyev və İnsan Resursları üzrə baş direktor Zibeyda Hacıyeva çıxış edərək proqramın uğuru və davamlılığı barədə öz dəyərli fikirlərini təcrübəçilərlə paylaşıblar.

 

Tədbirin sonunda sertifikatlar təqdim olunub.

 

Proqramı uğurla başa vuran 21 iştirakçı artıq “PAŞA Bank” ailəsinin üzvüdür.

Seçilən
22
5
marja.az

6Mənbələr