AZ

Sarkisyan və Köçəryana təklif edirəm: siyasətdən getsinlər! - Rubinyan 

“Mən təklif edirəm ki, Serj Sarkisyan və Robert Köçəryan uzun illər Ermənistanı sıxışdıran korrupsioner sistemin qurucuları və liderləri, seçkilərin saxtakarları kimi siyasətdən getdiklərini elan etsinlər”.

Modern.az xəbər verir ki, bunu sentyabrın 26-da parlamentdə jurnalistlərlə söhbətində vitse-spiker  Ruben Rubinyan Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbilə küçəyə toplaşan izdihamı xatırladaraq deyib.

"Mən təklif edirəm ki, “Daşnaksütyun” özünü ləğv etsin, çünki o, 004 saylı sirkulyarında məqsədinin Ermənistanın müstəqilliyindən imtina etmək olduğunu qeyd edən bir partiyadır. Bu barədə sonra danışacağıq. Xalq bizim hakimiyyətdə olmağımızı istəmədiyini söyləyəndə, iqtidardan gedəcəyik. Mexanizm hamıya məlumdur - seçkilər", - Rubinyan bildirib.

R.Rubinyan deyib ki, keçmiş iqtidar korrupsiyaya uğramasaydı, Serj Sarkisyan hakimiyyətdən uzaqlaşdırılmazdı.

“Hələ Baş Prokurorluğun Robert Köçəryan və onun ailəsindən tələb etdiyi, təxminən 200 milyon dollar dəyərində olan çoxsaylı aktivləri demirəm. O, mütləq ödəyəcək”.

Seçilən
15
2
modern.az

3Mənbələr