AZ

Leman jurnalının karikaturasına görə 3 nəfər həbs olunub

BAKI,TurkicWorld, Fərid Mikayılov

Türkiyənin Baykar şirkəti tərəfindən hazırlanmış pilotsuz uçuş aparatı Bayraktar KIZILELMA, ASELSAN istehsalı yüksək texnologiyalı TOLUN silah sistemi ilə ilk uçuş testini uğurla həyata keçirib.

TurkicWorld xəbər verir ki, testlə bağlı məlumat Baykar İdarə Heyətinin sədri Selçuk Bayraktar və şirkətin rəsmi sosial media hesablarında paylaşılıb.

Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri Haluk Görgün də paylaşımında bu uğuru vurğulayaraq, “göy üzündə yeni bir imza atıldığını” bildirib.

“Milli pilotsuz uçuş aparatımız Bayraktar KIZILELMA, ASELSAN-ın yüksək mühəndislik məhsulu olan TOLUN silah sistemi ilə ilk uçuş testini uğurla tamamladı. Bu, yalnız bir silah sisteminin inteqrasiyası deyil, həm də hava–quru əməliyyatlarında inteqrasiya qabiliyyətimizin gəldiyi mərhələnin strateji göstəricisidir”- deyə Görgün bildirib.

Baykar və ASELSAN komandaları, layihədə iştirak edən mühəndislər və texniki heyət təbrik olunub. Rəsmi açıqlamalarda bu uğurun milli müdafiə sənayesində “milli platforma və milli silahların birgə istifadəsi” baxımından böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Müdafiə sənayesi rəhbərliyi həmçinin, bu nailiyyətin “yalnız başlanğıc” olduğunu və Bayraktar KIZILELMA-nın milli silah sistemləri ilə inteqrasiyasının davam etdiriləcəyini bildirib.

Seçilən
17
turkic.world

1Mənbələr