AZ

FHN əhaliyə müraciət edib

Fövqəladə Hallar Nazirliyi gözlənilən hava şəraiti ilə bağlı əhaliyə müraciət yayıb.

Milli Hidrometeorologiya Xidməti bildirir ki, yaxın günlərdə ölkə ərazisində hava şəraiti qeyri‑sabit olacaq, bəzi yerlərdə güclü külək əsəcək, ayrı‑ayrı ərazilərdə intensiv leysan yağışlar gözlənilir, bəzi dağ çaylarında qısamüddətli sel riski var və şimşəklə müşahidə edilə bilər.

Bunları nəzərə alaraq Nazirlik əhalini təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır. Belə ki:

"Güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq olmaq, elektrik dirəkləri, naqillər və hündür ağacların yaxınlığında durmamaq tövsiyə olunur.

Küləkli hava şəraitində, xüsusilə yanğınların söndürülməsi zamanı yaranacaq risklər nəzərə alınaraq, yanğın təhlükəsizliyi qaydalarına diqqətlə əməl edilməlidir.

Lleyasan yağış nəticəsində yaranacaq sel və daşqınlara qarşı, təhlükəli ərazilərdən uzaq durmaq, belə vəziyyətlə üzləşdikdə yüksək əraziyə çatmaq məsləhətdir.

İldırım riski zamanı elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit xətt, mobil və ya taksofon) danışmamaq, açıq havada elektrik xətləri, antenalar, navalçalar və hündür ağaclardan uzaq durmaq, nisbi çökək sahələri seçmək gərəklidir. Avtomobildə olduqda hərəkəti dayandırıb şüşələri qaldırmaq və ildırım hadisəsinin tamamlanmasını gözləmək məsləhətdir.

Qaydalara məhəl qoymamaq — insan həyatı üçün təhlükədir. Təhlükəli vəziyyət yaranarsa, dərhal 112 çağrı nömrəsinə müraciət edin".

Seçilən
6
anews.az

1Mənbələr