AZ

Müəssisələrdən ailələrinə qaytarılan uşaqların sayı məlum oldu RƏSMİ

Yenisabah portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müəssisələrinə qəbul edilən uşaqlarla bağlı sosial xidmətin ayrı-ayrı formalarına və növlərinə uyğun tədbirlər görülür. Aparılan ilkin qiymətləndirmənin nəticəsinə uyğun olaraq hər bir uşaq üçün fərdi inkişaf planı tərtib olunur və onlar sosial reabilitasiyaya cəlb olunur".

Yenisabah.az xəbər verir ki, bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq Sosial Xidmətlər Agentliyindən bildirilib.

Məlumatda həmçinin qeyd edilib ki, agentliyin reinteqrasiya tədbirləri nəticəsində uşaqların müəssisələrdən ailələrinə qayıdışı təmin edilir: Dominos pizza

"Eyni zamanda həssas qruplara aid uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması da əsas fəaliyyət istiqamətlərindən biridir. Agentliyin əməkdaşları tərəfindən bu məqsədlə həmin uşaqlar və ailələri ilə bağlı sosial-psixoloji dəstək və maarifləndirmə işləri aparılır.

Bu il 192 uşağın ailələri tərəfindən müəssisələrə verilməsinin qarşısı alınaraq, onların öz ailələrində saxlanması təmin olunub.

Həmçinin reinteqrasiya tədbirləri nəticəsində bu ilin ötən dövründə ümumilikdə 119 uşaq müəssisələrdən ailələrinə qaytarılıb".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
3
yenisabah.az

4Mənbələr