AZ

Netanyahu BMT Baş Assambleyasında çıxışı zamanı zala ritorik sual ünvanlayıb

İsrailin Baş naziri Binyamin Netanyahu Nyu-Yorkda BMT-nin Baş Assambleyasının tribunasından çıxış edərkən viktorina keçirib...

"Report"un verdiyi məlumata görə, o, zalda qalanlara "ABŞ-yə ölüm" deyə kim qışqırır?" sualı yazılmış lövhələr göstərib.

İsrailin Baş naziri özü beş cavab təklif edib: "İran", "HƏMAS", "Hizbullah", "Husilər" və "Yuxarıda göstərilənlərin hamısı". Sonra özü cavabı əlavə edib: "Yuxarıda göstərilənlərin hamısı. Düzdür".

Qeyd edək ki, bir çox iştirakçı Netanyahunu BMT Baş Assambleyasının sessiyasında fitə basıblar və İsrailin Yaxın Şərqdəki fəaliyyətlərinə etiraz olaraq zalı tərk ediblər.

Poliqon.info

Seçilən
6
poliqon.info

1Mənbələr