AZ

“Elə yerli olsun da, niyə milliyə kənarda məşqçi axtarılmalıdır?” - VİDEO

“İstər-istəməz Ayxan Abbasov da düşünə bilər ki, niyə milliyə kənardan məşqçi axtarılmalıdır? Elə biri özü.

Çalışdırdığı klublarda uğurlar qazanıb, hazırda “Şamaxı” ilə U-21-də işləyir.

Yəni, əcnəbi mütəxəssis təyin edilərsə, yerlilərdən hansı xüsusiyyətlərinə görə fərqlənəcək?

Ona görə də fərqi yoxdur hansı addır, əsas millidə yerli çalışdırıcının olmalıdır. Düşünürəm ki, bunun vaxtı çatıb”.

Bu açıqlamalar “Sportinfo TV”də yayımlanan “Futbol manşet” verilişində səsləndirilib.

Tanınmış jurnalist Elçin Cəfərov millidə baş məşqçi mövzusuna toxunub. O, komandanın yerli mütəxəssisə həvalə edilməsi tezisini səsləndirib, artıq bu zamanın yetişdiyini diqqətə çatdırıb.

Verilişin rəsmi tərəfdaşı “QOLAT Sport Services & Football Agency”dir. Şirkət dövlət, özəl, fərdlər arasında futbol və digər idman yarışlarını keçirən bir brenddir.

Hədəf təşkil edilən idman yarışları ilə üzvlərin iş stressini azaltmaq, yeni əməkdaşlıqlar, dostluqlar və ən əsası daha sağlam həyat tərzini aşılamaqdır, yaşamaqdır.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Seçilən
8
sportinfo.az

1Mənbələr