AZ

Şahbaz Şərif Azərbaycana təşəkkür etdi

Pakistanın Baş naziri Şahbaz Şərif Hindistanla münaqişənin gərginləşməsi zamanı göstərdiyi diplomatik dəstəyə görə Azərbaycana təşəkkür edib.

Publika.az xəbər verir ki, o, bu barədə Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyasında çıxışı zamanı bildirib.

"Dostlarımıza və tərəfdaşlarımıza - Çin, Türkiyə, Səudiyyə Ərəbistanı, Qətər, Azərbaycan, İran, BƏƏ və BMT Baş katibinə bu çətin zamanlarda göstərdikləri diplomatik dəstəyə görə təşəkkür edirik", - baş nazir söyləyib.

Seçilən
8
publika.az

1Mənbələr