AZ

Slovakiya Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketini bloklayıb

Sentyabrın 26-da Avropa İttifaqının səfirləri Moskva ilə bağlı 19-cu məhdudiyyətlər paketini ilk dəfə müzakirə edib. Lakin “Azadlıq” radiosunun məlumatına görə, Slovakiyanın etirazı səbəbindən hələ qərar qəbul edilməyib.

Bratislava əvvəlki 18-ci sanksiyalar paketini bloklayıb və 2028-ci ilə qədər Rusiya qazından tamamilə imtina tələb edən RePowerEU təşəbbüsü üçün zəmanət istəyib. Macarıstanla birlikdə Slovakiya da Rusiyanın enerji mənbələrindən kəskin uzaqlaşmasına qarşıdır.

Yeni məhdudiyyətlər paketində 2027-ci il yanvarın 1-dən Rusiyanın maye qazının (LNG) idxalına qadağa, Rosneft və Qazprom Neft şirkətlərinə sanksiyalar, eləcə də 118 “kölgə donanması” gəmisinə və Rusiyanın məhdudiyyətlərdən yan keçməsinə yardım edən ölkələrə qarşı məhdudiyyətlər yer alır.

Seçilən
16
anews.az

1Mənbələr