AZ

Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Anım Günü qeyd olunub

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakı, 26 sentyabr, AZƏRTAC

Dövlət Şəhərsalma və Arxitektura Komitəsində 27 Sentyabr – Anım Günü ilə əlaqədar şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş “Yaddaşlarda iz qoyan kadrlar” adlı anım tədbiri keçirilib.

Komitədən AZƏRTAC-a bildirilib ki, tədbir Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canını fəda etmiş şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Tədbirdə çıxış edən komitə sədrinin birinci müavini Namiq Hümmətov, 44 günlük Vətən müharibəsinin müstəqillik tariximizdəki önəmindən, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Ordumuzun misilsiz qəhrəmanlığından bəhs edib. Sonra tədbir iştirakçıları “Yaddaşlarda iz qoyan kadrlar” adlı xüsusi təqdimatı izləyiblər.

Ön cəbhədə çəkiliş aparmış fotomüxbirlər Reza Deqati, Emin Səfərov və Aydın Oqtayoğlu arxiv fotoları əsasında müharibənin yaşatdığı ağrı-acıları, eyni zamanda Azərbaycan Ordusunun şücaəti və xalqımızın ruh yüksəkliyi ilə bağlı təəssüratlarını bölüşüblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
1
azertag.az

2Mənbələr