AZ

Azərbaycan Tacikistan ilə statistika sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb

Azərbaycanın Dövlət Statistika Komitəsi ilə Tacikistan Prezidenti yanında Statistika Agentliyi arasında "Statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu" imzalanıb.

Missiya.Az xəbər verir ki, memorandumu Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov və Tacikistanın Prezidenti yanında Statistika Agentliyinin direktoru Camşed Nurmaxmadzoda imzalayıblar.

Memorandum statistika sahəsində əməkdaşlığın təşviq və inkişaf etdirilməsi, beynəlxalq səviyyədə müqayisə edilə bilən və hər iki ölkənin sosial-iqtisadi vəziyyətini əks etdirən statistik məlumatlar mübadiləsinin genişləndirilməsi və iki ölkənin statistika qurumları arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsini nəzərdə tutur.

İmzalanma bu gün Dövlət Statistika Komitəsində "Statistikanın inkişaf perspektivləri: beynəlxalq layihələrin rolu" mövzusunda 3-cü Beynəlxalq Statistika Forumunun iştirakçıları ilə keçirilən görüşdə baş tutub.

Seçilən
18
8
missiya.az

10Mənbələr