AZ

Bakıda restoranda nöqsanlar aşkarlandı - AQTA-dan plandankənar YOXLAMA

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, ev 3, mənzil 5A ünvanında fəaliyyət göstərən, fiziki şəxs Arzu Cəfər oğlu Rzalıya məxsus "Oliqarx Baku" ictimai iaşə müəssisəsində plandankənar yoxlama keçirib.
Oxu.Az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Bildirilib ki, baxış zamanı müəssisədə sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu, texnoloji ardıcıllıq prinsipinə riayət edilmədiyi, isti yeməklərin və soyuq qəlyanaltıların hazırlanmasının eyni sahədə həyata keçirildiyi, havalandırma sisteminin quraşdırılmadığı və işçilərin tibbi müayinədən keçirilmədiyi müəyyən olunub.
Bundan başqa, müəssisədə üzərində saxtakarlıq əlamətləri olan alkoqollu içkilər aşkarlanıb.
Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, icrası məcburi göstərişlər verilib. İstehlaka yararsız məhsullar dövriyyədən çıxarılaraq müvafiq sınaq laboratoriyasına təqdim edilib.
Seçilən
26
3
oxu.az

6Mənbələr