AZ

"Qələbə yolumuz davam etməlidir" - "Neftçi"dən İDDİALI AÇIQLAMA

"Neftçi"nin müdafiəçisi Murad Xaçayev Premyer Liqanın 5-ci turunda "Sumqayıt"ı məğlub etdikləri (2:0) matç haqda Sportinfo.az-a açıqlama verib.

O, ilk olaraq qarşılaşmanı dəyərləndirib:

"Azarkeşlərimiz bu qələbəni uzun müddətdir gözləyirdi. İlk öncə onları təbrik edirəm.

Hər oyun əziyyət çəkirlər. Tribunada bizi dəstəkləyirlər.

İlk dəqiqələrdən dominant oynamağa çalışdıq. Təəssüf ki, imkanları yenə dəyərləndirə bilmirdik. Yaxşı ki, ikinci hissə istəyimizə çata bildik".

Əvvəlki 4 görüşdə "ağ qaralar" hətta bu matçdan da yaxşı çıxış etmişdi. Amma niyəsə qələbə qazanmaq mümkün olmurdu. Xaçayev düşdükləri durumu belə şərh edib:

"Analizlərdə də baxırdıq ki, hər şey var. Taktiki düz oynayırdıq, baxımlı hücumlar qururduq.

Bircə qol çatmırdı. Bizə bu qol lazım idi ki, özümüzə inam gəlsin.

Artıq o inam bunda sonra bizdə olmalıdır. Çünki 2 qol vurduq və qol da buraxmadıq".

XANOĞLAN

Seçilən
13
sportinfo.az

1Mənbələr