AZ

Ən çox pambıq sahələrinə ziyan dəyib - Aqrar Sığorta Fondu

Sentyabrın ilk yarısında müşahidə olunan qeyri-sabit hava şəraiti nəticəsində Azərbaycanın müxtəlif bölgələrində kənd təsərrüfatına zərər dəyib, Aqrar Sığorta Fonduna 40-dan artıq müraciət daxil olub. Bu barədə Fond cümə axşamı məlumat yayıb.

Müraciətlər əsasən Ağcabədi, Ağdam, Balakən, Yevlax, Tərtər, Masallı, Ucar, Zərdab və Ağstafa rayonlarında qeydə alınıb. Ən çox müraciət pambıq sahələrinə dəymiş zərərlərlə bağlıdır.

Zərərlər yağış, sel-subasma, fırtına və qasırğa kimi hava hadisələri ilə əlaqələndirilir. Eyni zamanda qarğıdalı, şaftalı, nar, naringi, alma və çəltik sahələrinə də ziyan dəydiyi bildirilib.

Fond bildirib ki, daxil olan bütün müraciətlər müstəqil aqrar sığorta ekspertləri tərəfindən araşdırılır və hadisələrin tənzimlənməsi yekunlaşdıqdan sonra fermerlərə sığorta ödənişləri həyata keçiriləcək.

Aqrar Sığorta Fondu fermerləri hava şəraitini izləməyə və zərər halları baş verdikdə vaxtında müraciət etməyə çağırıb.

Gülnar 

Seçilən
10
anews.az

1Mənbələr