
Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, Ukrayna münaqişəsi ilə bağlı yaxşı təkliflər mövcuddur və bunları ABŞ Prezidenti Donald Tramp da eşidib.
Olaylar xəbər verir ki, Lukaşenko deyib:
"Masada yaxşı təkliflər var. Biz Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna üzrə təklifləri müzakirə etdik. Bu təkliflər Alyaskada, o cümlədən, Donald Tramp tərəfindən eşidildi və Vaşinqtona aparıldı ki, onlar üzərində düşünsünlər və müzakirə etsinlər."
O əlavə edib ki, əgər Kiyev bu təklifləri qəbul etməsə, vəziyyət daha da pisləşəcək.
Həmçinin, Lukaşenko bildirib ki, Ukrayna Prezidenti Vladimir Zelenski ilə danışmaq istəyir.
İbrahim Məmmədli
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31