Almaniyada PUA-lar casusluq şübhəsi yaradıb.
Bu barədə News365.az xarici mediaya istinadla xəbər verir.
Almaniyanın şimalında yerləşən Şlezviq-Holştayn əyaləti üzərində ötən gecə bir neçə PUA görüldüyü bildirilir.
Yerli mənbələr insidentin casusluq fəaliyyəti ilə bağlı ola biləcəyindən narahatlıqların artdığını açıqlayıb.
Hazırda məsələ ilə bağlı araşdırmalar davam edir.