AZ

“Barselona”nın iki futbolçusu zədələndi

ain.az, futbolpress-az portalına istinadən məlumat yayır.

“Barselona” zədə səbəbiylə iki futbolçusunun xidmətindən müvəqqəti olaraq yararlana bilməyəcək.

Futbolpress.az xəbər verir ki, “Barselona”nın qapıçısı Xoan Qarsiya ilə hücumçusu Rafinya sıradan çıxıb. Klubun yaydığı məlumata görə, Qarsiya məşq zamanı sol dizinin daxili meniskinin qopması diaqnozu ilə əməliyyat olunacaq və 4–6 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Rafinya isə La Liqanın VI turunda “Real Ovyedo” ilə oyunda aldığı bud əzələsi (hamstring) zədəsinə görə təxminən 3 həftə oynamayacaq.

Hər iki futbolçu La Liqada “Real Sosyedad” və “Sevilya” ilə, Çempionlar Liqasının liqa mərhələsində isə PSJ ilə oyunları buraxacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
7
futbolpress.az

1Mənbələr