Azpolitika.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
BMT Təhlükəsizlik Şurası üzvlərinin Fələstin dövlətini tanıması tarixi addımdır.
"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Britaniyanın Baş naziri Kir Starmerlə telefon danışığında deyib.
O həmçinin Böyük Britaniyanı Fələstin Dövlətini tanıması qərarı münasibətilə təbrik edib.
Ərdoğan bildirib ki, Fələstinə dəstək qorunmalı və İsraildəki Binyamin Netanyahu hökuməti diplomatik təzyiqdən daha təsirli tədbirlərlə dayandırılmalıdır.
Liderlər həmçinin ikitərəfli və regional məsələləri müzakirə ediblər.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.