Almaniyanın Şlezviq-Holşteyn federal əyaləti üzərində bir neçə naməlum dron müşahidə edilib.
Editor.az xəbər verir ki, məlumatı NDR yayıb.
Ölkənin Daxili İşlər Nazirliyindən bildirilib ki, baş verən hadisə hazırda araşdırılır. Hüquq-mühafizə orqanları insidentlə bağlı təhlil aparır, əyalət polisi isə dronlara qarşı müdafiə tədbirlərini gücləndirib.
//Samir Qurbanov, Editor.az