AZ

Trampdan Ukrayna ilə bağlı gözlənilməz QƏRAR

ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Tramp Ukraynanın “Tomaqavk” tipli uzaqmənzilli qanadlı raketlərə dair müraciətini cavabsız qoyub.

Globalinfo.az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.

Belə ki, Ağ Ev bu silahların Kiyevə ötürülməsinə icazə verməyib.

Ukrayna lideri Volodimir Zelenski daha əvvəl ABŞ-dan 1600 kilometrədək məsafədəki hədəfləri vura bilən “Tomaqavk” raketlərinin verilməsini istəmişdi. Onun sözlərinə görə, bu addım Rusiya ilə danışıqlar prosesinə təzyiqi artıra bilər.

Lakin Vaşinqton münaqişənin daha da genişlənməsindən ehtiyat edərək uzaqmənzilli hücum silahlarının tədarükünü məhdudlaşdırır. Bu səbəbdən Ukraynanın tələbi rədd edilib.

Tahir Turan

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
19
2
globalinfo.az

3Mənbələr