AZ

Tramp Putinin təklifinə nə vaxt cavab verəcək? - Peskov

ABŞ Prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinin Strateji Silahların Azaldılması Müqaviləsi (START) müddəalarına əməl etmək öhdəliyi təklifinə bu həftə cavabı gözlənilir.

Axar.az xəbər verir ki, bunu Kreml sözçüsü Dmitri Peskov rusiyalı jurnalist Pavel Zarubinə müsahibəsində deyib.

Onun sözlərinə görə, BMT-də danışıqlarla məşğul olduğu üçün Trampın son gündəmi məşğul olub: “Aydındır ki, bu, onun üçün çətin günlər olub”.

Qeyd edək ki, sentyabrın 22-də Putin Təhlükəsizlik Şurası ilə görüşündə START müqaviləsinin müddətini daha bir il uzatmaqla bağlı təklif irəli sürüb.

Seçilən
7
1
axar.az

2Mənbələr