AZ

İranla bağlı yayılan görüntülər İsraildə şok yaratdı: Hazırlıq başladı

ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İsraillə son toqquşmalarda ağır zərbələr alan İran raket istehsalı infrastrukturu sürətlə bərpa olunur.

Globalinfo.az xəbər verir ki, bu barədə “Daily İsrael” məlumat yayıb. Son peyk görüntüləri göstərir ki, Tehran İsrail hücumları nəticəsində dağıdılmış obyektlərdə təmir işlərinə başlayıb.

Nəşrin fikrincə, İran çatışmayan avadanlıqları Çindən alaraq qısa müddətdə istehsal gücünü bərpa edə bilər. Bu isə Tehranın yeni münaqişələrə hazırlığını artırır və bölgədə gərginliyin daha da yüksələcəyinə işarə kimi qiymətləndirilir.

Xüsusilə bərk yanacaqla işləyən raketlərin istehsalı İran üçün həyati əhəmiyyət daşıyır. Çünki bu tip raketlər maye yanacaqdan fərqli olaraq daha tez buraxıla bilir və sürpriz hücum imkanı verir.

Analitiklər qeyd edirlər ki, İran bu sahədə avadanlıqları yenidən əldə edə bilsə, raket proqramı tam gücü ilə fəaliyyətini davam etdirəcək.

Xatırladaq ki, 25 iyun 2025-ci ildə İsrailin hücumu nəticəsində Şahrud şəhərindəki bərk yanacaq istehsalı müəssisəsi ciddi zədələnmişdi. Bu obyektlərin bərpası indi İranın prioritet hədəfinə çevrilib.

Tahir Turan

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
globalinfo.az

1Mənbələr