AZ

BMW yüz minlərlə avtomobili geri çağırır

Musavat.com xəbər verir ki, “BMW” şirkəti yanğın təhlükəsi səbəbindən yüz minlərlə avtomobili geri çağırmaq qərarına gəlib.

Məlumata görə, ABŞ-da təxminən 196 min avtomobil, o cümlədən 2021–2022-ci illərin bir neçə BMW modeli və Toyota Supra geri çağırılacaq. Almaniyada isə 137 minə yaxın avtomobil siyahıya daxil edilib.

Ümumilikdə, nasazlıq 2015–2022-ci illərdə istehsal olunan və Avropa, Asiya, ABŞ bazarlarında satılan modellərdə aşkarlanıb. Şirkət problemin starter sistemindən qaynaqlandığını açıqlayıb.

Hazırda geri çağırılacaq avtomobillərin dəqiq qlobal sayı açıqlanmayıb. 

 

Musavat.com

Seçilən
1
musavat.com

1Mənbələr