AZ

"Telefon danışığında ondan üzr istədim" Spalletti

Yayda İtaliya yığmasından ayrılan baş məşqçi Luçano Spalletti hələ də Françesko Açerbinin iradlarını anlamadığını bildirib.

Sportal.az xəbər verir ki, İyun ayında “İnter”in müdafiəçisi 2026-cı il dünya çempionatının seçmə oyunları çərçivəsində Norveç və Moldova ilə görüşlərə İtaliya yığmasına dəvətdən imtina etmişdi. O, sabiq baş məşqçi tərəfindən hörmətsizlik gördüyünü söyləmişdi. Daha sonra açıqlama verərək bildirmişdi ki, Spalletti onun zədəsini əsas gətirib, yalnız Norveçlə oyuna çağırılacağını demişdi. Futbolçu özünü istifadə olunmuş kimi hiss etdiyini vurğulamışdı.

Spalletti: "Mənimlə birlikdə başqa insanlar da var idi, ona görə də soruşa bilərsiniz, həqiqəti demişəmmi. Mən hər şeyi düzgün etdim: oyunçuları klublarla razılaşdıraraq çağırdım, sonra telefon danışığında demək olar ki, ondan üzr istədim, onun A Seriyasında və Çempionlar Liqasında necə yaxşı mövsüm keçirdiyini etiraf etdim.

Təbii ki, ondan tam hazır olub-olmadığını da soruşdum. Anlamıram, bu niyə problemə çevrildi».

saytlarin hazirlanmasi

Seçilən
1
1
sportal.az

2Mənbələr