2020-ci ilin 27 sentyabrında başlayan və cəmi 44 gün davam edən Vətən müharibəsindən zaman ötdükcə bu qalibiyyət savaşının möhtəşəm nəticələrinə şahidlik etməkdəyik. Vətən müharibəsinin obyektiv tarixi gerçəklik olduğunu artıq bütün dünya etiraf edir. Uzun illərin məntiqli, davamlı və ardıcıl həyata keçirilən həm daxili, həm də xarici siyasəti Vətən müharibəsini şərtləndirən ən mühüm amil oldu. Məhz 1994-cü ilin atəşkəs sazişindən 44 günlük Vətən müharibəsinədək ötən dövr ərzində artıq tarix olaraq xatırladığımız möhtəşəm siyasi gedişlər, inkişaf etdirilən dövlət quqruculuğu işləri, iqtisadi və hərbi yüksəliş qələbəmizin müqəddəm şərti oldu. Təsadüfi deyil ki, siyasət və tarix anlayışlarını müqaisə edən mütəffəkirlər, siyasətin bu günki tarix, tarixinsə, keçmiş siyasət olduğunu qeyd edirlər. Ötən dövrün hadisə və proseslərinə nəzər saldıqda bu ifadənin nə qədər məntiqi olduğunu anlamaq olur.
XX əsrin 90-cı illərinin əvvəlində baş vermiş erməni işğalı, bu işğaldan ötən dövr ərzində həyata keçirilən, şahidi olduğumuz siyasət, beynəlxalq güclərin ikiüzlü, öz mənafelərinə xidmət edən mövqeyi, keçmiş Qarabağ probleminin həllində dövlətimizin, dövlət rəhbərimizin həm daxili, həm də xarici siyasətdə sərgilədiyi ardıcıl, mətin mövqe, uzun illərdir işi-gücü “düşmən dəyirmanına su tökmək” olan, adını müxalifət qoyub faktiki düşmənçiliklə məşğul olan marginal siyasi qruplaşmaların antiazərbaycan mövqeyi qeyd olunanların dövlətimizin və xalqımızın Zəəfr savaşınadək hansı tarixi mərhələlərdən keçdiyini əyani sübut edən faktorlardır. Eyni zamanda ötən bu illər ərzində dövlətmizin, cəmiyyətimizin və ən əsası hər bir Azərbaycan vətəndaşının daha güclü, daha sağlam, sosial rifahı daha yüksək olan fərd kimi yaşamasından ötrü həyata keçirilən sosial-iqtisadi və mədəni-siyasi layihələr, dövlət proqramları, beynəlxalq səviyyədə - həm dövlətərarası, həm də beynəlxalq birliklərlə aparılan iş, yekun etibarı ilə bizə bu günkü Azərbaycanı - dinamik inkişaf edən, daxili siyasi sabitliyə nail olmuş, ümumi iqtisadi göstəriciləri artan xəttlə yüksələn, qüdrətli orduya malik, əhalisinin rifahına yönəlik tədbirlərlə sosial tərəqqiyə nail olmuş, beynəlxalq və regional nüfuzuna görə dünyada mövqeyi qəbul olunan bir dövləti, cəmiyyəti bəxş etmişdir.
Zaman ötdükcə bütün bu qeyd olunanların bir dövlətin və cəmiyyətin tarixi və gələcəyi üçün nə qədər böyük önəm daşıdığı bəlli olur. Bu mənada xüsusi qeyd olunan və bütövlükdə dövlətçilik tariximizə qızıl hərflərlə həkk olunmuş, 44 gün davam edən Vətən müharibəsi uzun illər ərzində əldə olunmuş gücün, möhkəm təməllər üzərində imza edilmiş strategiyanın məntiqi yekunu və davamlılığının təminatı idi. Ötən əsrin sonlarından etibarən 30 illik müddət ərzində dünyanın ən böyük beynəlxalq təşkilatlarının qətnamələri, qəbul etdikləri qərarlar, ayrı-ayrı dövlətlərin çağrışları, təklifləri, ölkəmizin sülh naminə atdığı addımlar, təklif etdiyi həll yolları mənfur qonşularımızı “qane etmədi”. Bütün bu prosseslərsə, müasir Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin və Prezident, Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin mükəməl fəaliyyəti nəticəsində ildən-ilə tərəqqi edən dövlətimizin və cəmiyyətimizin yüksəlişi fonunda baş verirdi.
Ermənistan tərəfi isə tam əksinə - qanuni yaxud qanunsuz hakimiyyət dəyişiklikləri, ildən-ilə zəifləyən iqtisadiyyat, regional layihələrdən kənarda qalmaq, bütöv bir ölkənin diaspora və donor hesabına “inşa” edilən sosial həyat tərzi ilə hikkəsindən əl çəkmirdi. Əsrlər boyu “Böyük Ermənistan” adlı utopiya, xülya Cənubi Qafqazın bu “plibey” tayfasının gözlərini qapatmışdır. Azərbaycanın Ermənistanla müqaisədə illərlə əldə etdiyi siyasi nüfuz, iqtisadi güc, sosial stabillik ölkəmizin dinamik dəyişən dünyada yerini və mövqeyini müəyyən edirdi.
Ermənistanın bütün kompramis və konsensus təkliflərini imitasiya etməsi artıq onların “başlarının əzilməsi” prossesinin reallaşdırmağın vaxtının çatdığından xəbər verirdi. Bir əsrə yaxın müddət ərzində əzəli, tarixi torpaqlarımızda özlərinə “dövlət” təsis edən, 28 il ölkəmizin beynəlxalq səviyyədə tanınan tarixi, əzəli torpaqlarının 20 faizini işğal etmiş erməni adlı tayfa ilə hərb dilində danışmaqdan başqa yol qalmamışdı. Və bu “dildə danışmağ”ın tarixi başlanğıc anı 27 sentyabr 2020-ci ilə təsadüf etdi. Məhz bu tarixdə Müzəffər Ali Baş Komandanımızın əmrinə əsasən vaxtaşırı olaraq təkərlanan erməni hərbi təxribatlarının qarşısının birdəfəlik alınmasına, işğal altında olan vətən torpaqlarımızın nəhayət öz gücümüzə geri alınmasına başlanıldı. 27 sentyabrdan başlanan “Zəfər” yolu 8 noyabr 2020-ci ildə tarixi qələbəmizlə yekunlaşdı. 44 gün davam edən müharibənin hər dəqiqəsi tarixə döndü. Ordunun strateji və tarixi döyüş əməliyyatları, dövlətlə xalqın birliyi və bütün bu günlər ərzində təkcə səngərdəki hərbiçilərimizi deyil, diplomatik cəbhədəki gedişləri ilə həm də xalqını ruhlandıran Ali Baş Komandanın dəmir iradəsi bu qalibiyyəti bizlərə yaşatdı. Şəhidlərimizin, qazi və veteranlarımızın şücaəti, mərdliyi, məsuliyyəti, döyüş ruhu bu qələbəni bizə bəxş etdi. Təkcə Ermənistana deyil bütün dünyaya sübut edə bildik ki, keçmiş Qarabağ probleminin həlli öz əlimizdə olub. Amma beynəlxalq ictimaiyyətə olan güvənimiz, mənfur qonşumuzun nə zamansa, “ipə-sapa yatacağına” olan inamımız bizi həm səbrli olmağa, həm də daha güclü olub düşmənin başını əzmək üçün dünyanı inandırmağa vaxtımız olsun deyə hərəkətə keçməmişik. Odur ki, Azərbaycan əsgərinin “Dəmir yumruğ”u hər kəsə öz yerini göstərdi.
Heç şübhəsiz ki, bütün müharibələr həm də itkilər bahasına başa gəlir. Zəfər müharibəsində şəhid olmuş hər bir azərbaycan hərbçisi, mülki vətəndaşlarımız öz canlarını fəda etməklə bizlərə tarixi qalibiyyət yaşatdılar. Onların hər zaman minnətdarlıq hissi ilə yad edilən müqəddəs ruhları qarşısında baş əyəcəyik. 27 sentyabrdan başlayan, 44 gün davam edən vətən müharibəsində şəhid olmuş hər bir azərbaycanlının adının əbədiləşdirilməsi, ailələrinin dövlətimizin və xalqımızın diqqəti və qayğısı ilə əhatə olunması istiqamətində atılan addımlar da bu qəbildəndir. Bu diqqət və qayğının nümunəsini yaradansa, Qarabağ qalibiyyətinin mümarı Müzəffər Ali Baş Komandandır. 27 sentyabr Anım günü ilə bağlı nitqində cənab İlham Əliyev qeyd edir; - “Əziz həmvətənlər, Anım Günündə bütün şəhidlərimizin xatirəsi qarşısında, Birinci və İkinci Qarabağ müharibələrinin şəhidlərinin ruhu qarşısında bir daha baş əyir, onlara Allahdan rəhmət diləyirəm. Onların yaxınlarına, qohumlarına deyirəm ki, mən demişdim, onların qanı yerdə qalmayacaq və qalmadı. Biz onların qanını aldıq! Mən demişdim ki, biz onların qisasını döyüş meydanında alacağıq, belə də oldu. Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib.
Birinci Qarabağ və İkinci Qarabağ müharibələrinin şəhidləri bizim qəlbimizdə əbədi yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların qəhrəmanlığı, fədakarlığı nəticəsində biz torplaqlarımıza qayıdırıq. Allah bütün yaralı hərbçilərimizə şəfa versin, onlar tezliklə sağalıb normal həyata dönsünlər, onların sağalması üçün də əlimizdən gələni edirik və edəcəyik. Hətta ən ağır vəziyyətdə olan yaralı əsgərimiz, zabitimiz bilməlidir, əlimizdən gələni edəcəyik ki, onu normal həyata qaytaraq. Biz bu Qələbəyə görə onlara borcluyuq.”
İndi möhtəşəm tarixi gündən - 27 sentyabr 2020-ci ildən 5 il ötür. Bu beş il ərzində xalqımız tarixi qələbənin təntənəsini yaşamaqda davam edir. Bu günü əbədiləşdirmək, xalqımızı yaddaşında əbədi həkk etmək missiyasıda Zəfər yürüşünün memarı, Prezident, Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin sərəncamı ilə təmin edildi. 2 dekabr 2020-ci il tarixli müvafiq sərəncamla 27 sentyabrın “Anım günü” kimi qeyd olunması rəsmiləşdirildi. Artıq 4 ildir 27 sentyabr “Anım günü” kimi qeyd olunur. Bu günü bizlərə bəxş etmiş şəhidlərimizin ruhu qarşısında ehtiramla baş əyir, Allahın rəhmətini qazanmış müqəddəs Vətən oğulllarına, qazi və veteranlarımıza EŞQ OLSUN deyirik.
Kamil Qurbanlı,
YAP Biləsuvar rayon təşkilatının sədri