AZ

Yer kürəsini gözləyən təhlükə: alimlər nüvə silahının tətbiqini təklif edir

ain.az, GlobalInfo portalına istinadən məlumat verir.

NASA alimləri 2024 YR4 adlı asteroidə qarşı nüvə zərbəsinin tətbiqini ciddi şəkildə müzakirə edirlər.

Globalinfo.az xəbər verir ki, bu kosmik obyektin 2032-ci ildə Ayla toqquşma ehtimalı təxminən 4 faiz olaraq qiymətləndirilir. Belə bir zərbə nəticəsində kosmosa nəhəng toz və qırıntı buludu qalxa bilər ki, bu da Yer ətrafındakı peyklərin sıradan çıxmasına və qlobal rabitənin pozulmasına səbəb ola bilər.

Mütəxəssislər iki ssenarini nəzərdən keçirirlər: asteroidin orbitini dəyişmək və ya onu yaxınlaşdığı anda təxminən 1 meqaton gücündə nüvə bombası ilə partlatmaq.

Birinci üsul Ay üçün daha təhlükəsiz hesab olunur, lakin risk də mövcuddur – ehtiyatsız müdaxilə asteroidi Yerin istiqamətinə yönləndirə bilər.

Aysel Əliyeva

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
2
globalinfo.az

1Mənbələr