ain.az, 525.az portalına istinadən məlumat yayır.
İran və Rusiya arasında Hörmüzqan vilayətinin Sirik şəhərində dörd atom elektrik stansiyası blokunun tikintisi üçün 25 milyard dollarlıq müqavilə imzalanıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, stansiyaların ümumi elektrik enerjisi istehsal gücü 5020 meqavat olacaq.
Saziş Moskvada Ümumdünya Atom Enerjisi Həftəsi (WAW) çərçivəsində keçirilən “Atom Expo 2025” sərgisində imzalanıb. Müqaviləni İran adından “Hormoz” şirkətinin nümayəndəsi Naser Mansur Şərifli, Rusiya tərəfdən isə “Rosatom”a bağlı REP şirkətinin nümayəndəsi Dmitri Şiqanov imzalayıb. Saziş iki ölkə arasında dinc nüvə enerjisi sahəsində əməkdaşlığı genişləndirmək məqsədi daşıyır.
İsgəndər Həsənov
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.