Türkiyə Ticarət Nazirliyi “Cosmiq” və “Qojo” adlı iki təmizləyici məhsulun sağlamlıq üçün zərərli olduğunu bildirərək bazardan çıxarılması və satışının qadağan edilməsi barədə qərar qəbul edib.
KONKRET.az xəbər verir ki, Türkiyə Ticarət Nazirliyi bazara nəzarət və təftiş fəaliyyətlərinin bir hissəsi kimi təhlükəli olduğu müəyyən edilən məhsullar barədə ictimaiyyətə məlumat verməyə davam edib.
Belə ki, “Təhlükəsiz Məhsul Məlumat Sistemi” vasitəsilə sağlamlıq riski daşıyan iki məhsul elan edilib.
Yoxlamalar zamanı iki müxtəlif kanalizasiya təmizləyicisinin, “Cosmiq” və Gojo-nun təhlükəli olduğu müəyyən edilib. Nazirlik bu məhsulların satışını qadağan edib və bazardan geri çağırılması barədə göstəriş verib.
Dəniz Pənahova
KONKRET.az