Axar.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Macarıstana məxsus PUA iki dəfə Ukraynanın hava sərhədini pozub.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında deyilir.
“2025-ci il sentyabrın 26-da səhər saatlarında Ukrayna Silahlı Qüvvələrinin radar sistemləri iki dəfə Zakarpat vilayətinin ərazisi üzərində müxtəlif hündürlüklərdə pilotsuz təyyarə tipli təyyarənin uçuşunu aşkar edib”, - məlumatda deyilir.
Pilotsuz təyyarə iki dəfə Macarıstandan Ukrayna dövlət sərhədini keçib.
Məlumata görə, buna cavab olaraq Müdafiə Qüvvələri Ujqorod vilayəti üzərində öz pilotsuz təyyarəsini buraxıb.
Qeyd edək ki, bundan öncə Ukrayna Prezidenti Vladimir Zelenski Macarıstan sərhədində kəşfiyyat PUA-larının aşkarlandığını söyləmişdi.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.