AZ

Göyüşovun övladları Hamburqda 40 milyon avroluq otel aldı

“Körpü-Bina-Tikinti” MMC-nin sahibi Xaliq Göyüşovun övladları Almaniyanın Hamburq şəhərində yerləşən AGO PARK Hotel-i 40 milyon avroya satın alıblar. Halbuki şirkətin özü ölkədə keyfiyyətsiz tikililərlə gündəmə gəlir.

News365.az xəbər verir ki, müstəqil araşdırmaçı jurnalist Cavanşir Həsənli sosial şəbəkədə “Körpü-Bina-Tikinti” MMC-nin Ağdamın Xıdırlı kəndində 30 milyon manata başa gələn, lakin qısa müddətdə sel sularına təslim olan tikinti işlərinin erməni mediasında da ələ salındığını bildirib.

Onun sözlərinə görə, sosial şəbəkələrin erməni seqmentində də bu görüntülər paylaşılıb və “30 milyonluq əsər” məsxərəyə qoyulub. Həsənli əlavə edib ki, həmin şirkət ötən il Bakının Sabunçu rayonunda yağan yağış nəticəsində iki nəfərin ölümünə səbəb olan tunelin də podratçısı olub.

Seçilən
7
news365.az

1Mənbələr