AZ

Tramp müharibəyə müdaxilə etməsəydi... - Şərif

ABŞ Prezidenti Donald Trampın Pakistan-Hindistan münaqişəsini həll etmək səyləri Cənubi Asiyada genişmiqyaslı müharibənin qarşısını almağa kömək etdi.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bunu Pakistanın Baş naziri Şahbaz Şərif BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı deyib.

"Biz ona (Tramp) və komandasına atəşkəsin əldə edilməsində fəal rol oynadıqlarına görə dərin minnətdarlığımızı bildiririk. Prezident Trampın sülh səyləri Cənubi Asiyada müharibənin qarşısını almağa kömək etdi. O, dərhal və qətiyyətlə müdaxilə etməsəydi, genişmiqyaslı müharibənin nəticələri fəlakətli olardı", - Şərif deyib.

Pakistanın baş naziri həmçinin vurğulayıb ki, İslamabad bütün həll olunmamış məsələlər üzrə Hindistanla hərtərəfli, əhatəli və nəticəyönümlü dialoqa hazırdır.

Hindistan-Pakistan münasibətləri aprelin 22-də Pahalqamda (Hindistan İttifaqının Cammu və Kəşmir ərazisi) terror aktından sonra pisləşib. Mayın 7-nə keçən gecə Hindistan qüvvələri Pakistan və Pakistanın nəzarətində olan Kəşmirdə terrorçularla əlaqəli doqquz hədəfi vuraraq Sindoor əməliyyatına başlayıb. Mayın 10-da hər iki tərəf atəşkəs barədə razılığa gəlib və sərhəddə qoşunların sayını azaltmağı nəzərdən keçirib.

Seçilən
1
5
axar.az

6Mənbələr