AZ

İran AES üçün Rusiya ilə 25 milyardlıq müqavilə imzaladı

İranın “Hörmüz” şirkəti Sirikdə dörd ədəd təkmilləşdirilmiş üçüncü nəsil atom elektrik stansiyası qurğusunun tikintisi və istismarı üçün Rusiyanın “Rosatom” şirkəti ilə 25 milyard dollarlıq icra müqaviləsi imzalayıb.

Axar.az xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.

Bildirilib ki, müqavilə İran və Rusiya arasında nüvə enerjisindən dinc məqsədlərlə istifadə sahəsində birgə əməkdaşlığın inkişafını hədəfləyir.

Bu nəhəng layihə İranın cənub-şərqində, Hörmüzqan vilayətinin Sirik (Kohestək rayonu) bölgəsində 500 hektar ərazidə həyata keçiriləcək.

Artıq layihə üçün ərazi seçimi ilə bağlı tədqiqatlar başa çatıb, hazırda mühəndislik və ekoloji araşdırmalar, həmçinin bəzi hazırlıq işləri davam etdirilir.

Seçilən
7
6
axar.az

9Mənbələr