ain.az bildirir, Axar.az saytına əsaslanaraq.
Türkiyənin Bursa vilayətinin Ekmekçi kəndində meşə yanğını baş verib.
Axar.az Türkiyə mediasına istinadən xəbər verir ki, Boğaz yolu üzərində başlayan yanğın küləyin təsiri ilə tez bir zamanda geniş əraziyə yayılıb.
Yanğının Akçasusurluq kəndinə doğru irəlilədiyi və yaşayış evlərinə təhlükə yaratdığı bildirilib.
Yanğına meşə təsərrüfatı idarəsinin əməkdaşları və yanğınsöndürənlər müdaxilə edir.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.