AZ

O biabırçılğı unutmayın Zaxarovadan Finlandiya Prezidentinə

GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Finlandiya Prezidenti Aleksander Stubbun Ukrayna münaqişəsi ilə bağlı sözlərinə sərt reaksiya verib.

Globalinfo.az xəbər verir ki, o, Stubbın açıqlamalarını sağlam düşüncənin saxtalaşdırılması adlandırıb.

Diplomat həmçinin xatırladıb ki, Finlandiya 2023-cü ildə İsrailin raketdən müdafiə sistemlərini 317 milyon avroya alıb. Onun sözlərinə görə, Stubb beynəlxalq hüquqla bağlı danışmaq istəyirsə, əvvəlcə Avropada rusdilli insanların təqiblərə və məhvə məruz qalması”məsələsinə diqqət yetirməlidir:

“İsrailin raketdən müdafiə sistemlərini 317 milyon avroya aldığınız biabırçı addımı unutmayın”.

Xatırladaq ki, Stubb Rusiya üçün Ukraynaya qarşı təcavüzü, İsrail üçün isə Fələstində beynəlxalq hüququ pozmağı yolverilməz adlandırmışdı.

Tahir Turan

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
globalinfo.az

1Mənbələr