AZ

Papaya sükan hədiyyə etdi Video

Qafqazinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Ferrari” və “Stellantis”in sədri Con Elkann Papa XIV Leo ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “Romereports” məlumat yayıb.

Görüş zamanı Elkann Papaya “Skuderiya” komandasının sürücüsü Çarlz Leklerkin avtomobilindən sükan hədiyyə edib. O bildirib ki, həmin sükan Formula 1 Qran Prisi zamanı sürücü tərəfindən istifadə edilib.

Qeyd edək ki, Lekler 2019-cu ildən “Ferrari”də sürücülük edir. O, 2022-ci il mövsümünün vitse-çempionudur və bundan əvvəl 2016 “GP3 Series” və 2017 Formula 2 çempionu olub. Bu mövsüm o, 165 xalla Formula 1 sürücülərinin turnir cədvəlində beşincidir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
25
qafqazinfo.az

1Mənbələr