BMT Təhlükəsizlik Şurası (TŞ) Rusiya və Çin tərəfindən təklif olunan və İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planını (JCPOA) dəstəkləyən BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinin müddətini altı ay uzatmaqdan imtina edib.
Axar.az xəbər verir ki, Rusiya, Çin, Pakistan və Əlcəzair sənədin lehinə səs verib. Fransa, ABŞ və Böyük Britaniya da daxil olmaqla, 9 ölkə bunun əleyhinə səs verib, Koreya Respublikası və Qayana isə bitərəf qalıb.
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının qətnamə layihəsini qəbul etməsi üçün onu Təhlükəsizlik Şurasının doqquz üzvü dəstəkləməlidir və daimi beş üzvdən heç biri (ABŞ, Rusiya, Çin, Böyük Britaniya və Fransa) onun əleyhinə səs verməməlidir.