AZ

"Qarabağ" etdi - Avropada heç kimin bacarmadığını

"Qarabağ" Portuqaliyada "Benfika" üzərində 3:2 hesablı qələbə qazanmaqla Çempionlar Liqasında davam edən yeni rekord müəyyənləşdirib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan təmsilçisi Avropanın ən nüfuzlu klub turnirində ardıcıl 4-cü səfər oyununda qələbə qazanan yeganə komandadır.

Bu mövsüm mübarizəyə II təsnifat mərhələsindən başlayan ağdamlılar əvvəlcə İrlandiya "Şelburn"unu (səfərdə 3:0, evdə 1:0), növbəti mərhələdə Şimali Makedoniya "Şkendiya"sını (səfərdə 1:0, evdə 5:1), pley-offda Macarıstan "Ferentsvaroş"unu (səfərdə 3:1, evdə 2:3) üstələyib.

Liqa mərhələsinin ilk turunda isə "Benfika" ilə görüşdə dördüncü səfər qələbəsi qeydə alınıb.

Bu oyunadək "Benfika" nəinki ev, hətta səfər matçlarında qol buraxmamışdı.

Lakin Portuqaliya klubu III təsnifat mərhələsində hər iki matçda məğlub etdiyi Fransa "Nitsa"sından (2:0, 2:0) fərqli olaraq, pley-off raundunda Türkiyə "Fənərbağça"sı ilə səfərdə heç-heçə etmiş (0:0), evdə qələbə qazanmışdı (1:0).

Seçilən
9
1
sportinfo.az

2Mənbələr