AZ

ABŞ bu ölkəyə zərbələr endirmək üçün hazırlığa başladı

BAKI, 27 sentyabr. TELEQRAF

ABŞ-nin hərbi rəhbərliyi narkotiklərlə mübarizə çərçivəsində Venesuelaya zərbələr endirmək variantlarını işləməyə başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə “NBC News” telekanalı mənbələrə istinadən məlumat yayıb.

İddia olunur ki, Cənubi Amerika ölkəsinə zərbələr bir neçə həftə ərzində endirilə bilər.

“Venesuelaya zərbələr endirmək ABŞ Prezidenti Donald Tramp administrasiyasının güman edilən narkotik maddə alverçilərinə qarşı hərbi kampaniyasında və Venesuela hökumətinə qarşı mövqeyində daha bir eskalasiya olacaq”, - məlumatda deyilir.

Xatırladaq ki, daha əvvəl Tramp Venesuelaya sərt xəbərdarlıq edərək, narkokartellərə yeni zərbələr endirməklə hədələmişdi.

“ABŞ-yə narkotik daşıyan hər bir terrorçu-quldura bildirin: biz sizi məhv edəcəyik”, - o demişdi.

Seçilən
19
1
teleqraf.com

2Mənbələr