AZ

Türkiyə Rusiya neftinin idxalını azaltdı?.. — "Reuters"

Avropanın ən böyük alıcısı olan Türkiyəyə Rusiya neftinin idxalı azalıb. 
 
Moderator.az "NV" kanalına istinadla xəbər verir ki, bu haqda "Reuters" məlumat yayıb.
 
Bunun səbəbləri arasında digər brendlərlə rəqabət, sanksiyalar və ABŞ prezidenti Donald Trampın Rusiyadan enerji almasını dayandırmağa çağırışları da var.
 
Nəşrin xəbərinə görə, Rusiyanın Ukraynada hərbi əməliyyatları dayandırmaqdan imtina etməsindən məyus olan Ağ Ev rəhbəri Avropanı Moskvanın əsas gəlir mənbələri olan Rusiya nefti və qazını almağı dayandırmağa çağırıb.
 
Cümə axşamı, sentyabrın 25-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla iki saatlıq danışıqlardan sonra Tramp Ankaranın onun Rusiya neftinin alınmasını dayandırmaq tələbi ilə razılaşacağına inandığını bildirib. O həmçinin ABŞ-ın Türkiyəyə qarşı sanksiyalarını ləğv edə biləcəyini qey edib.
 
Bununla belə, agentliyin qeyd etdiyi kimi, Ankaranın mövqeyinin dəyişməsinə zəmanət verilmir, çünki son illərdə Ərdoğan və Rusiya diktatoru Vladimir Putin arasında yaxın münasibətlər yaranıb.
 
Kremlin sözçüsü Dmitri Peskov cümə günü, sentyabrın 26-da bildirib ki, Türkiyə kiminlə ticarət edəcəyinə özü qərar verir:
 
"Bizimlə hansı sahələrdə əməkdaşlıq edəcəyinə özü qərar verən suveren dövlətdir. Və əgər müəyyən mallar üzrə müəyyən ticarət növləri Türkiyə üçün faydalı hesab edilərsə, o zaman Türkiyə bunu davam etdirəcək".
 
"LSEG" məlumatları göstərir ki, sentyabrda Rusiyadan Türkiyəyə neft idxalı aprel ayından bəri ən aşağı səviyyəyə düşüb.
 
"Reuters" qeyd edir ki, Türkiyə Rusiyadan dəniz yolu ilə daşınan "Urals" xam neftinin Hindistandan sonra ikinci ən böyük idxalçısıdır. O, Rusiyaya qarşı Qərbin sanksiyalarına qoşulmayıb, ancaq beynəlxalq qanunlara və məhdudiyyətlərə əməl edir.
 
"LSEG" məlumatlarına görə, Ankara iyunda 1,6 milyon ton Urals xam nefti alıb. Bu, 2024-cü ilin may ayından bəri ən yüksək həcmdir.
 
Bununla belə, "LSEG"-in 26 sentyabr tarixinə olan məlumatlarına görə, bu ay  Rusiyadan idxal təxminən 1,2 milyon tona düşəcək.
 
Agentlik bildirir ki, əslində Türkiyə 2025-ci ilin əvvəlində Rusiya neftinin idxalını azaldıb, çünki Tüpras neft emalı zavodu "Urals" markalı neftin qiyməti Qərbin qoyduğu 60 dollar/barel həddini keçdikdən sonra alışı dayandırıb.
Seçilən
11
moderator.az

1Mənbələr