AZ

Lukaşenko Putinlə görüşdən sonra Zelenski ilə danışmaq istəyir:“ONA DEYƏCƏKLƏRİM VAR”

Belarus Prezidenti Aleksandr Lukaşenko ukraynalı həmkarı Volodimir Zelenski ilə danışıqlar aparmaq istədiyini bildirib.

 

Senzor.az bildirir ki, bu barədə o, rusiyalı jurnalist Pavel Zarubinə müsahibəsində danışıb.

 

Lukaşenko Ukraynanı dayanmağa çağırıb. O bildirib ki, "əks halda onlar bütün Ukraynanı itirəcəklər".

 

Lukaşenko Vladimir Putinlə görüşdən sonra Ukrayna Prezidenti ilə şəxsən danışmaq istədiyini bildirib: "Mən sadəcə onunla danışmaq istərdim. Ona deyəcəklərim var. Düşünürəm ki, bizim məsləhətləşmələrə başlamağın vaxtı çatıb".

Seçilən
22
5
senzor.az

10Mənbələr