AZ

Kim Çen In: KXDR in nüvə potensialının inkişafı əsas prioritetdir

Bizimyol saytına istinadən ain.az xəbər verir.

Koreya Xalq Demokratik Respublikasının (KXDR) çəkindirici və nüvə potensialının daha da inkişaf etdirilməsi əsas prioritetdir və onun yerinə yetirilməsi ölkənin təhlükəsizliyini təmin etmək üçün zəruridir.

Bizimyol.info xəbər verir ki, Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) məlumatına görə, Şimali Koreya lideri Kim Çen In bu mövqeyini ölkənin nüvə sahəsində çalışan alim və texniki işçiləri ilə görüşündə bildirib.

“O, qətiyyətlə bəyan etdi ki, dövlətin nüvə hazırlığının daha da artırılması respublikanın təhlükəsizliyinin təmin edilməsi üçün əsas prioritetdir, indiki və gələcək dövlət üçün ən düzgün seçimdir və biz ona əməl etməli olduğumuz sarsılmaz məsuliyyətdir”, - deyə KCNA yazıb.

Kim Çen In vurğulayıb ki, KXDR "davamlı olaraq öz suverenliyinin, maraqlarının və inkişaf hüququnun təhlükəsizliyini təmin edəcək nüvə qalxanı və qılıncını inkişaf etdirməli və yeniləməlidir".

O, həmçinin söz verib ki, bu məqsədlə ölkə hökuməti prioritet məsələ kimi nüvə sahəsini ardıcıl inkişaf üçün bütün imkan və şəraitlə təmin edəcək.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
29
bizimyol.info

1Mənbələr