ABŞ, Fransa və Böyük Britaniya BMT Təhlükəsizlik Şurasında İranla bağlı qətnaməyə veto qoyublar.
Moderator.az "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, İranın nüvə proqramı üzrə 2015-ci il üçün Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) 18 aprel 2026-cı il tarixinə qədər uzadılmasına dair qətnamə layihəsini qəbul etməyib.
Rusiya və Çin tərəfindən təqdim edilən qətnamə layihəsində həmçinin İrana qarşı tətik mexanizminin (sanksiyaların bərpası - red.) təxirə salınması nəzərdə tutulurdu.
Qətnamə layihəsinin lehinə 4, əleyhinə 9, bitərəf 2 səs verilib.