AZ

Ali Məhkəmə Ağ Evin xaricə yardımları dayandırmaq qərarına yaşıl işıq yandırdı

Ali Məhkəmə Donald Tramp administrasiyasına Konqres tərəfindən ayrılan 4 milyard dollarlıq xarici yardım fondunu dondurmasına icazə verib.

Musavat.com xəbər verir ki, qərarı ABŞ Ali Məhkəməsinin hakimi Yelena Kaqan açıqlayıb: "Bu gün səs çoxluğu ilə xarici yardımın göstərilməsi ilə bağlı bu məhkəmə qərarı dayandırılır. Nəticədə, vəsait nəzərdə tutulan ünvanlara çatdırılmayacaq".

Müraciət Tramp administrasiyası tərəfindən sentyabrın 5-də Vaşinqtonun apellyasiya məhkəməsinin administrasiyaya qarşı qərarından sonra verilib. Aşağı məhkəmənin qərarına əsasən, Tramp administrasiyası cari maliyyə ilinin sonuna qədər sentyabrın 30-na qədər əvvəllər Konqres tərəfindən təsdiqlənmiş xarici yardım fondlarına ən azı 4 milyard dollar xərcləməli idi. Qərara görə, Ağ Evin Konqres təsdiqləyən büdcəyə dəyişiklik etmək hüququ yoxdur.

Ali Məhkəmə bu qərarı ləğv edib.

Musavat.com

Seçilən
20
musavat.com

1Mənbələr