ABŞ ordusu yaxın həftələrdə Venesuelada narkotik kartelinin hədəflərinə zərbələr endirməyə başlaya bilər.
Musavat.com xəbər verir ki, məlumatı NBC News yayıb.
Bildirilir ki, hazırda Pentaqon mümkün variantları araşdırır, hələlik əsas seçim pilotsuz təyyarələrdir.
Mümkün hədəflərə cinayət təşkilatlarının rəhbərləri və narkotik laboratoriyaları daxil ola bilər. Kanalın mənbələri qeyd edib ki, ABŞ prezidenti Donald Tramp hələlik belə planları təsdiqləməyib. Pentaqon bu məlumatı şərh etməkdən imtina edib.
Tramp Venesuela hakimiyyətini narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizədə kifayət qədər iş görməməkdə ittiham edir. ABŞ Hərbi Dəniz Qüvvələri artıq Karib dənizində beynəlxalq sularda Venesueladan narkotik daşıdığı iddia edilən, ümumilikdə 14 ekipaj üzvünün olduğu ən azı iki sürətli qayığı məhv edib.
Sentyabrın 23-də BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışında Tramp bəyan edib ki, ABŞ Maduronun rəhbərlik etdiyi Venesuela narkotik kartelləri ilə əlaqəsi olan gəmilərə zərbələr endirməyə davam edəcək.
Musavat.com